
Alonsonun “Real” rəhbərliyindən istəyi
Gələn mövsümdən “Real”ı çalışdıracağı gözlənilən Xabi Alonso Luka Modriçin komandada qalmasını istəyir.
Komanda.az “Radio Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “kral klubu”nun rəhbərliyindən 39 yaşlı yarımmüdafiəçi ilə bu mövsümün sonunda başa çatacaq müqavilənin müddətini daha bir il uzatmağı xahiş edib.
Alonso xorvatiyalı futbolçunu təcrübəsi və liderlik keyfiyyətlərinə görə komandanın vacib oyunçusu hesab edir.
Modriç 2024/25 mövsümündə “Real”ın heyətində La Liqada 34 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



