Palmer İspaniya klubunun transfer siyahısındadır

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer “Real”ın transfer siyahısına düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “Madrid Universal” nəşri məlumat yayıb.

Madrid təmsilçisinin baş məşqçisi Xabi Alonso ingilis futbolçunu komandasında görmək istəyir. O, Palmerin oyun üslubunun onun taktiki planlarına mükəmməl uyğun gəldiyini düşünür.

22 yaşlı futbolçu “Çelsi” ilə 2033-cü ilin iyununa qədər olan müqaviləyə sahibdir. Onun transfer dəyəri isə təxminən 120 milyon avro göstərilir.

Palmer son Klublararası dünya çempionatında ən yaxşı futbolçu seçilib. Bundan öncə mətbuatda PSJ-nin də onunla maraqlandığı deyilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button