
Alonsonun “Real”a keçidinə bir addım qalıb
Xabi Alonso “Real”ın növbəti baş məşqçisi ola bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Leverkuzen “Bayer”inin hazırkı çalışdırıcısının gələn mövsümdən etibarən “kral klubu” ilə müqavilə imzalamasına bir addım qalıb.
Karlo Ançelotti isə Braziliya millisində işləməyə gedəcək.
Alonso 2022-ci ilin payızından “Bayer”in baş məşqçisidir. Komanda onun rəhbərliyi altında ötən mövsüm Almaniya çempionu və Almaniya kubokunun qalibi olub. Leverkuzenlilər həmçinin, Avropa Liqasının finalına yüksəlib və burada “Atalanta”ya uduzub (0:3).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



