“Qarabağ”ın rəqibinin baş məşqçisinə Leverkuzendə qalmağı məsləhət görürlər
“Bayer”in (Leverkuzen) keçmiş idman direktoru Rayner Kalmund baş məşqçi Xabi Alonsonun gələcək karyerası haqda danışıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, o belə deyib:
“Çox şey yazırlar, amma hər şeyə inanmaq lazım deyil. Arzu etmək istəmirəm, ancaq Alonsonun növbəti mövsümdə Leverkuzendə baş məşqçi qalacağına inanıram.
O, futbolçu karyerası ərzində hər şeyi, o cümlədən “Real”la Çempionlar Liqasını qazanıb. Karlo Ançelotti Madrid klubu ilə müqaviləsini uzadıb. İndi risk yoxdur.
Mən ona daha bir-iki il “Bayer”də qalmağı və sonra bəlkə də, Ançelottini əvəz etməyi məsləhət görərdim”.
Xatırladaq ki, ispaniyalı mütəxəssislə “Real”ın maraqlandığı bildirilir.
“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”in rəqibidir. İlk oyun 2:2 hesabı ilə başa çatıb.
Bizi Facebook-da izləyin