
“Xabi “Real”da da hər şeyin öhdəsindən gələcək”
“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos komandanın yeni baş məşqçisi Xabi Alonsonun fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Alonsonun işinə qiymət vermək üçün hələ tez olduğunu bildirib:
“Xabi Alonsonun işinə qiymət vermək üçün hələ tezdir. Onun ideyalarının tam tətbiqini və komandadakı dəyişiklikləri görmək üçün müəyyən vaxt keçməlidir. Ancaq onu deyə bilərəm ki, əvvəlki klubunda böyük işlər gördü. Fikrimcə, Xabi “Real”da da hər şeyin öhdəsindən gələcək”.
“Kral klubu” hazırda Klublararası dünya çempionatında iştirak edir. Alonsonun komandası turnirin yarımfinal mərhələsində UEFA Çempionlar Liqasının hazırkı qalibi olan PSJ ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



