Almaniyalı futbolçu Alonso ilə bağlı xatirələrini bölüşdü

Almaniya millisinin və “Bayern”in yeni transferi Conatan Ta, Xabi Alonsonun “Bayer”dəki məşqçilik metodlarından danışıb və onun verdiyi məsləhətləri bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, Alonsonun “Real”a keçəcəyi ilə bağlı şayiələr yayılanda onun hələ gənc məşqçi olduğunu düşündüklərini bildirib:

“Alonso ilə bağlı şayiələr yayılanda düşündük ki, o hələ gənc məşqçidir. Amma hamımız fikirləşdik: “Bu, çox maraqlı olardı”.

O gələn kimi dərhal başa düşdük ki, hələ də bizimlə oynaya bilər. Ciddi deyirəm, onu komandaya daxil etsəydik, əla çıxış edərdi”.

Ta məşqlərdən birində baş verən hadisəni belə xatırlayır:

“Bir məşqdə uzun ötürmələrlə müdafiənin arxasına top atırdıq. Mən ötürmə verdim və fikrimcə, pis alınmamışdı. Amma o məni saxladı və dedi: “Yox, Cona, bu düzgün deyil”. Düzünü desəm, ötürməni pis etməmişdim, amma o, bunu belə izah etdi: “Top daha sürətli getməlidir”.

Ta bir neçə gün əvvəl “Bayer”dən “Bayern”ə, Xabi Alonso isə “Real”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button