Matteus “Bayern”ə ancaq “Qarabağ”ın rəqibinin baş məşqçisini yaraşdırır

“Bayern”in sabiq futbolçusu Lotar Matteus Xabi Alonsonun Münhen komandasına rəhbərlik etmək şanslarını dəyərləndirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Almaniya millisinin keçmiş üzvü Alonsonun “Bayern”ə yaraşdığını bildirib:

“Ola bilsin ki, onun arzusu bir gün “Bayern”, “Liverpul” və ya “Real”da baş məşqçi olmaqdır. Növbəti mövsümdə Xabi Alonsonu yeni klubunda görmürəm.

Tomas Tuxelin yerinə məşqçi axtarışına gəlincə, qeyd etmək istərdim ki, Xabi Alonso uğurlu işinə görə “Bayern”in siyahısında əsas namizəd olmalıdır. Mən nə Avropada, nə də milli komandalarda Alonsodan daha yaxşı “Bayern”ə yaraşan məşqçi tanımıram”.

Alonso 2022-ci ildən “Bayer”in (Leverkuzen) baş məşqçisidir. Onun komandası bu mövsüm 23 oyundan 61 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir. “Bayern” ikincidir (53 xal).

“Bayer” Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button