Alonso əməliyyat olunacaq

“Barselona”nın müdafiəçisi Markos Alonso sıradan çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı futbolçunun belində ağrılar var. Onun gələn həftə əməliyyat olunacağı bildirilib. Alonsonun yaşıl meydanlara nə vaxt qayıdacağı əməliyyatdan sonra bəlli olacaq. İspaniya mətbuatı yazıb ki, futbolçunun bərpa prosesi mart ayına qədər davam edə bilər.

Alonso bu mövsüm “Barselona”nın heyətində 7 rəsmi matçda meydana çıxıb. İspan futbolçunun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button