
Alonso Zidanın uğurunu təkrarladı
“Real” Xabi Alonsonun rəhbərliyi altında ilk “el klasiko” qələbəsini qazanıb. Komanda dünən doğma meydanda “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.
Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, Alonso “Real”ın “sükanı arxasında” debüt oyununda “Barselona”ya qalib gələn ikinci baş məşqçi olub. 2016-cı ildə bunu sonuncu dəfə Zinəddin Zidan bacarmışdı.
Alonso bu ilin iyununda Karlo Ançelottini əvəz edərək “Real”ın baş məşqçisi təyin olunub. Madridlilər italiyalı mütəxəssisin rəhbərliyi altında ötən mövsüm keçirdiyi bütün dörd “el klasiko” görüşündə məğlub olmuşdu.
“Real” hazırda 27 xalla La Liqada turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Barselona” isə 22 xalla 2-cidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



