“Alonso Zidan kimi, həm dahi futbolçu, həm də məşqçidir” – “Qarabağ”ın futbolçusu

“Qarabağ”ın qapıçısı Andrey Lunyov “Championat” saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, 32 yaşlı qolkiper Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları Almaniyanın “Bayer” (Leverkuzen) klubunun baş məşqçisi Xabi Alonsonu fransalı Zinəddin Zidanla müqayisə edib:

“Alonso yüksək səviyyəli futbolçu idi. Onun tələblərini başa düşmək asandır. Super ideyalar yoxdur, amma icra keyfiyyəti və tələblər öz nəticəsini verir. Təcrübə göstərir ki, yaxşı oyunçular çox vaxt sonradan böyük məşqçiyə çevrilirlər. Məsələn, Zinəddin Zidan “Real”la üç dəfə Çempionlar Liqasının qalibi oldu. Böyük oyunçu həm də böyük məşqçi kimi tarixə düşdü. Alonso Zidan kimi, həm dahi futbolçu, həm də məşqçidir”.

“Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü bir həftə sonra Leverkuzendə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button