
Xabi Alonso: “Yeni mövsümdə bir çox şey fərqli olacaq”
“Real”ın baş məşqçisi Xabi Alonso Klublararası dünya çempionatında iştirakın özü və komandası üçün əhəmiyyətindən danışıb.
Komanda.az xəbər verir ki, Alonso İspaniya mediasına verdiyi açıqlamada yeni mövsümdə bir çox şeyin fərqli olacağını bildirib:
“Bu turnir mənə komandamızın kimliyini, futbolçuların güclü tərəflərini, heyətin ümumi durumunu və yaxın zamanda baş verəcək vacib dəyişiklikləri daha yaxşı anlamağa imkan verdi. Yeni mövsümdə bir çox şey fərqli olacaq”.
“Kral klubu” yarımfinal mərhələsində PSJ-yə 0:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Alonso bu ilin iyununda Karlo Ançelottini əvəz edərək “Real”ın baş məşqçisi təyin olunub. O, Madrid klubu ilə müddəti 2028-ci ilə qədər olan müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin