
Alonso: “Vəziyyətə nəzarət bizim əlimizdə deyil”
Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso Bundesliqada “Ştutqart”a 4:3 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı vəziyyətin onların əlində olmadığını deyib:
“Çempionluq? Baxaq, qarşıda hələ səkkiz tur var, hər şey ola bilər. Biz hər bir fərdi görüşə diqqət yetirməli və qələbədən sonra qələbə qazanmalıyıq. Vəziyyətə nəzarət bizim əlimizdə deyil, amma “Ştutqart” üzərindəki bu qələbə çox vacib idi. Oyunçuların qələbə arzusu, iradəsi var”.
Bu qələbədən sonra “Bayer” Bundesliqanın turnir cədvəlinin lideri “Bayern”lə xal fərqini 6-ya endirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



