
Alonsonun “Real”ın “sükanı arxasına” keçəcəyi vaxt məlum olub
Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso tezliklə “Real”ın “sükanı arxasına” keçəcək.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Klublararası dünya çempionatında Madrid komandasına rəhbərlik edəcək.
Daha əvvəl mətbuat Alonsonun “kral klubu” ilə 3 illik müqavilə imzalamaq üçün razılaşdığını yazmışdı. O, “Real”ın “sükanı arxasında” italiyalı mütəxəssis Karlo Ançelottini əvəz edəcək.
Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. “Real” turnirin qrup mərhələsində “Əl-Hilal”, “Zalsburq” və “Paçuka” komandaları ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



