
Xabi Alonso: “Səkkiz xal fərqi çox böyükdür”
Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso komandasının Bundesliqa çempionluğu uğrunda mübarizədə şanslarından danışıb.
Komanda.az Bundesliqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis səkkiz xal fərqinin çox böyük olduğunu bildirib:
“Riyazi olaraq baxsaz, mübarizə bitməyib. Amma bu mövsüm çoxlu heç-heçələrimiz var ki, bu da “Bayern”lə eyni səviyyədə olmağımıza mane olur. Səkkiz xal fərqi çox böyükdür”.
“Bayer” 30 turdan sonra Almaniya çempionatının turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



