“Belə bir turnirin yarımfinalı ciddi hadisədir” – Xabi Alonso
“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının yarımfinalında “Roma”ya qarşı keçirəcəkləri cavab görüşü (ilk oyun – 2:0) ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, finala yüksələrək azarkeşləri sevindirmək istədiklərini söyləyib:
“Biz əla atmosferdə güclü rəqiblə matç keçirməliyik. Belə bir turnirin yarımfinalı ciddi hadisədir. Keçən ili xatırlayırıq, ona görə də düzgün nəticə çıxaracağıq. Bu dəfə finala yüksəlməklə azarkeşlərimizi sevindirmək istəyirik”.
“Bayer” 2022/23 mövsümündə Avropa Liqasının yarımfinalında “Roma”ya ümumi 0:1 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin