
Alonsodan “Real”dan ayrılacağı deyilən Rodriqo haqda açıqlama
“Real”ın yeni baş məşqçisi Xabi Alonso braziliyalı hücumçu Rodriqonun mümkün gedişi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Rodriqonun komandada qalmasını istədiyini vurğulayıb:
“Rodriqo komandamızın oyunçusudur və biz hər bir futbolçumuzla fərdi söhbətlər aparmaq niyyətindəyik. Çünki onlar buna layiqdirlər. O, istedadlı və komandamız üçün “açar” oyunçudur. Ümid edirəm ki, Rodriqo “Real”da qalacaq”.
Rodriqo başa çatan mövsümdə 50 oyunda iştirak edib, 13 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



