Alonso “Real” azarkeşlərinin qarşısına çıxdı

“Real”ın yeni baş məşqçisi Xabi Alonso klubun qərargahına gələrək, komandanın azarkeşləri qarşısında çıxış edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xoşbəxt olduğunu bildirib:

“Salam, madridlilər, mən buradayam! Həyəcan və enerji ilə başlayan bu yeni dövrə başladığım üçün çox xoşbəxtəm. Salamlar və irəli, Madrid!”

Alonsonun son iş yeri 2022-ci ilin oktyabr ayından rəhbərlik etdiyi “Bayer” olub. Onun rəhbərliyi altında Leverkuzen klubu Almaniya çempionu olub, həmçinin, Almaniya kuboku və superkubokunu qazanıb. İspaniyalı mütəxəssis “Bayer”də işləməmişdən əvvəl “Real”ın gənclər sistemində çalışıb.

43 yaşlı məşqçi futbolçu karyerası ərzində 2009-2014-cü illərdə “Real”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button