Alonso İspaniyaya qayıdır, Ançelotti isə braziliyalılara söz verib

Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso “Real”ın “sükanı arxasına” keçməyə yaxındır.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, 43 yaşlı ispaniyalı mütəxəssis Madrid klubu ilə tam razılığa gəlməyə bir addım qalıb. O, yaxın günlərdə İspaniyada işləmək arzusunu bildirmək üçün “Bayer” rəhbərliyi ilə görüşəcək.

“Real”ın hazırkı baş məşqçisi Karlo Ançelotti isə Braziliya millisi ilə müqavilənin bütün detallarını yekunlaşdırır. İtaliyalı məşqçi artıq Braziliya millisinə rəhbərlik edəcəyinə söz verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button