Xabi Alonso gedəcəyi kluba onu da özüylə aparmaq istəyir
“Bayer”in baş məşqçisi Xabi Alonso “Bayern”ə gedəcəyi təqdirdə, komandanın yarımmüdafiəçisi Ceremi Frimponqu da özü ilə aparmaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl “Liverpul”un Alonsonu Yurgen Kloppun yerinə baş məşqçi təyin etmək variantını nəzərdən keçirmədiyi məlum olmuşdu.
Gözlənilir ki, artıq “Bayern” ispaniyalı məşqçiyə əsas namizəd olacaq.
Frimponq bu mövsüm bütün turnirlərdə 33 matçda iştirak edərək, 11 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin