“Real” fransalı futbolçunun xidmətində maraqlıdır

PSJ-nin vingeri Bredli Barkola La Liqaya keçə bilər.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində “Real” maraqlıdır.

“Kral klubu”nun yeni baş məşqçisi Xabi Alonso, Rodriqonun yay transfer pəncərəsində klubdan ayrılmaq ehtimalını nəzərə alaraq, Barkolanı onun əvəzləyicisi kimi görür və bu keçidi dəstəkləyir.

Fransalı oyunçunun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir və onun transfer dəyəri təxminən 70 milyon avro olaraq qiymətləndirilir.

Barkola son mövsümdə Fransa Liqa 1-də 34 matçda iştirak edib, 14 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button