
Alonsodan “Real”dan gedəcəyi deyilən futbolçuya dəstək
“Real”ın baş məşqçisi Xabi Alonso komandanın futbolçusu Vinisius Juniora tam etimad göstərir.
Son aylarda braziliyalı vingerin çıxışı ilə bağlı klub daxilində narazılıq iddiaları yayılır və onun mümkün gedişi müzakirə olunur.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bu söz-söhbətləri kənara qoyaraq, 25 yaşlı oyunçuya dəstəyini açıq şəkildə ifadə edib.
Alonso şəxsi söhbətində Vinisiusa onu əsas oyunçulardan biri hesab etdiyini və komandadakı rolunun çox önəmli olduğunu bildirib.
Vinisius La Liqanın son turunda “Levante”yə qarşı keçirilən matçda (4:1) qol vurub, həmçinin, məhsuldar ötürmə ilə yadda qalıb. O, oyunun ən yaxşı futbolçusu seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


