
Alonso argentinalı futbolçunun “Komo”ya keçidini “ağıllı addım” adlandırdı
“Real”ın baş məşqçisi Xabi Alonso daha əvvəl Madrid klubunda, indi isə “Komo”da çıxış edən yarımmüdafiəçi Nikolas Pasın inkişafı barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunun keçən il “Komo”ya keçməklə çox düzgün addım atdığını söyləyib:
“Əlbəttə, Nikonun keçən il “Komo”ya keçməsi çox ağıllı addım idi. “Komo” – “Yuventus” oyununu (2:0) izlədim, onlar çox yaxşı oynadılar, Pas da daxil olmaqla”.
21 yaşlı futbolçu gələcəkdə “Real”ın transfer planlarında yer alır. O, cari mövsümdə A Seriyasında 7 oyuna çıxaraq, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



