
“Mən komandamı favorit hesab etmirəm” – Xabi Alonso
“Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso Almaniya çempionatının yeni mövsümünün başlaması ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı “Bayern”in titul üçün yaxşı şansları olduğunu bildirib:
“Mən komandamı favorit hesab etmirəm. “Bayern”in titul üçün yaxşı şansları var. Mövsümə yaxşı başlamaq və gözəl futbol oynamaq niyyətindəyik. Məqsədimiz ilk 4-lükdəki yerimizi qorumaqdır. Bu, olduqca realdır. “Bayer”in yaxşı heyəti var ki, bu, bizə titul qazanmağa kömək edə bilər”.
“Bayer” ötən mövsüm tarixində ilk dəfə Bundesliqa çempionu olub. “Bayern” isə çempionatı 3-cü pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin