
Xabi Alonso gözünü “Liverpul”un müdafiəçisinə dikib
“Liverpul”un müdafiəçisi Joel Matip karyerasını Almaniyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kamerunlu futbolçu ilə Leverkuzen “Bayer”i maraqlanır. Komandanın baş məşqçisi Xabi Alonso müdafiəni təcrübəli oyunçu ilə gücləndirmək istəyir.
Matip 2009-2016-cı illərdə Almaniyada – “Şalke”də çıxış edib.
32 yaşlı futbolçu ötən mövsüm “Liverpul”un heyətində 14 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin