Alonso: “Mbappenin qayıdışını səbirsizliklə gözləyirəm”

“Real”ın baş məşqçisi Xabi Alonso Klublararası dünya çempionatında “Paçuka” üzərində 3:1 hesablı qələbədən sonra hücumçu Kilian Mbappe ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı, Mbappenin qayıdışını səbirsizliklə gözlədiyini bildirib:

“Mən Mbappenin qayıdışını səbirsizliklə gözləyirəm. Gözləməliyik. Onun özünü necə hiss etdiyini izləmək vacibdir. Biz onu çox istəyirik”.

Fransalı forvard “Paçuka” ilə oyunda da iştirak etməyib. O, xəstələndikdən sonra bərpa prosesini davam etdirir və iyunun 27-də “Zalsburq”a qarşı keçiriləcək qrup mərhələsinin üçüncü tur matçında meydana çıxa bilər.

26 yaşlı futbolçu son mövsümdə “Real”ın heyətində 56 oyunda 43 qol vurub, 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button