Alonsodan zədəli futbolçular haqda açıqlama

“Real”ın baş məşqçisi Xabi Alonso komandanın qapıçısı Tibo Kurtua və müdafiəçisi David Alabanın vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı məşqçi zədəli futbolçularla bağlı bunu deyib:

“Düşünürəm ki, Kurtua yaxşıdır. Alabaya gəlincə, o, zədəli idi və biz risk etmək istəmədik. Sabah onun vəziyyətini ətraflı qiymətləndirəcəyik”.

Kurtua bazar günü La Liqada “Xetafe” ilə matçda zədələnib. Alaba isə elə həmin oyunda zədə səbəbindən fasilədə əvəzlənib.

“Real” 80-ci dəqiqədə Kilian Mbappenin qolu sayəsində “Xetafe” üzərində qələbə qazanıb (1:0). Komanda oktyabrın 22-də Çempionlar Liqasında “Yuventus”u qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button