Alonso: “İndi çox xoşbəxtik”

“Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya kubokunun 1/8 finalında “Bayern” üzərində qazanılan qələbədən (1:0) danışıb.

Komanda.az Leverkuzen klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı indi çox xoşbəxt olduqlarını bildirib:

“Bizim üçün çox vacib bir axşam oldu. Bu mövsüm inanılmaz dərəcədə güclü olan “Bayern”i öz stadionunda məğlub etmək xüsusi bir şeydir. İndi çox xoşbəxtik”.

Almaniya kubokunun, həmçinin Bundesliqanın hazırkı qalibi olan “Bayer” ölkə çempionatının turnir cədvəlində 3-cü yeri tutur və lider “Bayern”lə fərq artıq 7 xaldır.

Alonsonun komandası dekabrın 7-də ölkə çempionatında evdə “Sankt Pauli”ni qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button