ÇL: “Qırmızı vərəqə oyuna təsir etdi”

“Real”ın baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının “Marsel”lə oyunundan (2:1) sonra fikirlərini bölüşüb.

Madrid təmsilçisi 72-ci dəqiqədə Dani Karvahalın qırmızı vərəqə alması ilə azlıqda qalsa da, son dəqiqələrdə qələbəni qoparmağı bacarıb. Komandanın qollarını Kilian Mbappe penaltidən vurub.

Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyundan sonrakı mətbuat konfransında ilk yarım saatı fantastik keçirdiklərini bildirib:

“Bu, Çempionlar Liqasındakı ənənəvi ev oyunumuz idi. Burada hər şey mümkündür. İlk yarım saatı fantastik keçirdik. Yalnız sonluq çatışmırdı, amma komanda çalışqanlığını davam etdirdi. İkinci hissədə temp düşsə də, öz gücümüzə inamı qoruyurduq. Qırmızı vərəqə oyuna təsir etdi, amma biz müdafiəyə çəkilmədik, əksinə, daha çox pressinq edib topa nəzarət etdik”.

“Real” Çempionlar Liqasının növbəti turunda Qazaxıstanda “Kayrat”ın qonağı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button