Daha bir klub Xabi Alonsonu istəyir

“Bayer”in baş məşqçisi Xabi Alonso daha bir klubun maraq dairəsindədir.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcıya “Tottenhem” təklif göndərmək istəyir. 

Maurisio Poçettinonun işindən narazı olan klub rəhbərliyinin Alonso ilə mövsümün sonunu gözləmədən danışıq aparmaq niyyətində olduğu bildirilib.

Xabi Alonso ilə maraqlananlar sırasında “Liverpul” və “Bayern”  kimi Avropa nəhəngləri də var.

Alonsonun çalışdırdığı “Bayer” hazırda Bundesliqada 20 turdan sonra 52 xalla məğlubiyyətsiz liderdir. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button