
Alonso onun getməsini istəmir
“Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso ingiltərəli yarımmüdafiəçi Kallum Hadson-Odoinin “Çelsi”yə mümkün qayıdışı ilə bağlı fikirlərini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Almaniya klubunda icarədə olan yarımmüdafiəçinin oyunundan razıdır:
“Mən Kallumun qalmasını istərdim. O, bizim üçün çox vacib oyunçudur. Əminəm ki, Hadson-Odoi mövsümün sonuna qədər “Bayer”də qalacaq”.
Bu mövsüm Hadson-Odoi bütün turnirlər daxil olmaqla “Bayer”də 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin