“Xabi Alonso gərgin futbol oynadır” – Yeni transfer

“Real”ın yeni futbolçusu Alvaro Karreras baş məşqçi Xabi Alonso ilə işləməkdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin tələbkar olduğunu söyləyib:

“Xabi Alonsonun çox dəqiq tələbləri var. O, gərgin futbol oynadır və onun yanaşmasını bəyənirəm”.

Xabi Alonso bu ilin iyununda “Real”da Karlo Ançelottini əvəzləyərək, baş məşqçi vəzifəsini tutub.

Karreras bu ilin iyul ayında 50 milyon avroya “Benfika”dan “Real”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button