“Barselona”nın hücumçusu “düşmən”in baş məşqçisini təriflədi

“Barselona”nın hücumçusu Robert Levandovski “Real”ın baş məşqçisi Xabi Alonso barədə fikirlərini açıqlayıb.

Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, polşalı forvard, Alonsonun dünya futbolunun ən güclü məşqçilərindən biri olacağını hesab edir:

“Bu mütəxəssis məşqçilikdə böyük gələcəyə malikdir. Mən hesab edirəm ki, Alonso dünya futbolunun ən güclü məşqçilərindən biri olacaq. Bəlkə də, ən yaxşısı. O, qoyulan məqsədlərə nail olmağı və komandadan maksimum nəticə əldə etməyi bacarır”.

43 yaşlı ispaniyalı mütəxəssis bu yay “Real”ın baş məşqçisi təyin olunub və onun yeni klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button