Alonso “Çelsi”nin “sükanı arxasına” keçə bilər

“Çelsi” “Bayer”in çalışdırıcısı Xabi Alonsonu baş məşqçi təyin etmək imkanını nəzərdən keçirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi ispaniyalı mütəxəssisin Almaniya Bundesliqasındakı işini bəyəndiyi üçün onu dəvət etməkdə maraqlıdır.

Alonso yanvar ayında cari mövsümün sonunda “Liverpul”dan ayrılacağını elan edən Yurgen Kloppun yerinə də əsas namizədlərdən biridir.

“Bayer” hazırda 52 xalla Bundesliqada turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button