Alonso “Barselona”dan ayrılacaq

“Barselona”nın müdafiəçisi Markos Alonso gələn yay transfer pəncərəsində azad agent kimi komandadan ayrılmaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Kataloniya klubunda keçirdiyi oyun müddətindən narazıdır. Baş məşqçi Xavi müdafiəçiyə güvənmir.

Alonso ötən yay “Çelsi”dən azad agent kimi “Barselona”ya keçib. Onun İspaniya klubu ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. 32 yaşlı müdafiəçi komanda ilə La Liqada bu mövsüm cəmi 4 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button