Alonso: “Biz üzüldük”

“Bayer”in baş məşqçisi Xabi Alonso turnirin yarımfinalında “Arminiya”ya uduzduqdan (1:2) sonra komandasının Almaniya kubokunun 2024/25-ci il mövsümündən kənarlaşdırılmasından danışıb.

Komanda.az Bundesliqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis hər kəsin məyusluq yaşadığını bildirib:

“Hər kəs məyusluq yaşayır. “Arminiya”nı təbrik edirəm, onlar həqiqətən də öz çıxışları ilə finala layiq idilər. Biz üzüldük. Keçən mövsüm tez-tez şanslı idik, amma bu gün özümüzü qarşı tərəfdə gördük. Oyun lazımi səviyyədə deyildi, həm komanda oyununda, həm də fərdi oyunda nəzarətimiz yox idi. Bu gün bizim üçün heç nə alınmadı. Yenə də bizim üçün əla fürsət oldu”.

Beləliklə, “Arminiya” Almaniya kubokunun finalına yüksəlib, turnirin hazırkı qalibi “Bayer” isə yarışda iştirakını başa vurub. Bu gün keçiriləcək ikinci yarımfinal matçında “Ştutqart” və “Leyptsiq” komandaları qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button