
Alonso Bellingemi təriflədi
“Real”ın baş məşqçisi Xabi Alonso komandanın yarımmüdafiəçisi Çud Bellingem barədə fikirlərini bölüşüb.
Komanda.az “kral klubu”nun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Bellingemin meydanın mərkəzində etdiklərini çox bəyəndiyini söyləyib:
“Belingem bizim üçün əsas oyunçulardan biri olaraq qalacaq. Onun meydanın mərkəzində etdiklərini çox bəyənirəm. O, çox keyfiyyətli və iddialı bir futbolçudur. Daim inkişaf etmək və daha da irəliləmək istəyən oyunçulardandır.
Onunla bağlı gələcəyi səbirsizliklə gözləyirik və inkişafını izləməyə davam edəcəyik”.
İngiltərəli futbolçu daha əvvəl çiynindəki zədə səbəbilə Klublararası dünya çempionatından sonra əməliyyat olunacağını bildirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



