“Qarabağ”ın rəqibinin baş məşqçisi: “Heçə bizim üçün yaxşı nəticədir”
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya Bundesliqasının 4-cü turunda “Bayern” ə matçın nəticəsini (2:2) şərh edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Alonso komandasının sona qədər mübarizə apardığını söyləyib:
“Oyun gərgin keçdi, hər iki komandanın çoxlu qol imkanları oldu. Heç-heçə bizim üçün yaxşı nəticədir. Əvvəlcə uğur qazana bilmədik, amma sonra kiçik düzəlişlər etdik, bundan sonra topa daha yaxşı nəzarət etməyə başladıq və şanslar yarandı. İkinci hissədə oyun bir az sakitləşdi, topa yaxşı nəzarət etdik. “Bayern”in ikinci qolu zamanı biz ən yaxşı şəkildə müdafiə olunmadıq, amma sona qədər mübarizə apardıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin