
“Bu, yəqin ki, mövsümdə ən yaxşı oyunumuz idi” – Alonso
“Bayer”in baş məşqçisi Xabi Alonso “Ştutqart”la matçın nəticəsindən (0:0) danışıb.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Leverkuzen klubunun çalışdırıcısı bunun mövsümün ən yaxşı oyunu olduğunu bildirib:
“Bayer” qol vura bilmədi, amma yaxşı oynadı. Bu, yəqin ki, mövsümdə ən yaxşı oyunumuz idi, sadəcə qol vura bilmədik. Biz daha yaxşı olmalıyıq və daha tez-tez qalib gəlməliyik”.
Cari Bundesliqanın 9 turundan sonra “Bayer”in 16 xalı var və turnir cədvəlində 3-cü yerdədir. İspaniyalı mütəxəssisin yetirmələri lider “Bayern”dən 4 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin