Xahiş etdi – Onu “Barselona”ya satsınlar deyə
“Barselona” “Çelsi”nin müdafiəçisi Markos Alonsonu əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçunun özü Kataloniya klubuna keçməkdə israrlıdır. Alonso, “Çelsi”dən onu “Barselona”ya buraxmağı xahiş edib.
Futbolçu “Barsa” ilə 2025-ci ilə qədər hesablanacaq şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Amma klublar transferin məbləği ilə bağlı razılığa gələ bilmirlər. “Çelsi” Alonso üçün 12-14 milyon avro istəyir.
Alonso 2021/22 mövsümündə “Çelsi”nin heyətində 46 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin