Alonso Bakıda da qələbə istəyir

Almaniyanın “Bayer” komandasının baş məşqçisi Xabi Alonso Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu qələbə bizim üçün çox vacib idi. Bakıdakı oyunda da qələbə qazanmaq istəyirik. Amma orada bizim üçün çətin olacağını bilirik”.

Qeyd edək ki, komandalar 4-cü turda Bakıda üz-üzə gələcəklər. Qarşılaşma noyabrın 9-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button