“Barselona”nın futbolçusu “Atletiko” ilə danışıqlar aparmır
“Barselona”nın müdafiəçisi Markos Alonso hazırda “Atletiko” ilə heç bir danışıqlar aparmır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu yayılan məlumatların əksinə, Madrid klubu ilə potensial əməkdaşlıq şərtlərini müzakirə etmir.
Alonso Kataloniya klubu ilə müqaviləsi başa çatdığı üçün yayda azad agent kimi “Barselona”dan ayrılacaq.
33 yaşlı müdafiəçi “Barselona” ilə iki mövsümdə iki kubok qazanıb – La Liqa və İspaniya superkuboku.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin