
Alonso ilk transfer istəyini “Real”a bildirib
Gələcəkdə “Real”ın baş məşqçisi olacaq Xabi Alonso artıq yeni komandasını gücləndirməyi düşünür.
Hazırda “Bayer”in çalışdırıcısı olan Alonsonun gələn mövsümdən “kral klubu”nun “sükanı arxasına” keçəcəyi gözlənilir. O, Karlo Ançelottini əvəzləyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis artıq “Real” rəhbərliyinə birbaşa müraciət edərək Martin Subimendinin transferini istəyib.
“Real Sosyedad”ın yarımmüdafiəçisi növbəti transfer dönəmində klubu tərk etməyə hazır olduğunu “Real”a çatdırıb.
Subimendiyə əsas iddiaçı uzun müddət “Arsenal” hesab olunurdu. 26 yaşlı futbolçunun müqaviləsində 60 milyon avro dəyərində sərbəstqalma maddəsi yer alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



