“Almeydaya diqqət yetirməliyik” – Zlatko Daliç
AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç mətbuata açıqlama verib.
Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, Daliç bunları deyib:
“Azərbaycanda heyətə yeni gənc futbolçular çağırılıb. Komandada oynayan əsas futbolçular uzun müddətdir ki, bir yerdədilər və bir-birlərini yaxşı başa düşürlər. Əsas Riçard Almeydaya diqqət yetirməliyik.
Oyuna ciddi hazırlaşmalıyıq. Hər şey bizdən və bizim necə oynamağımızdan asılı olacaq. Azarkeşlərimizi “Maksimir” stadionuna dəvət edirəm və onların yaxşı dəstək verəcəyini gözləyirəm”.
Xorvatiya – Azərbaycan matçı martın 21-də “Maksimir” stadionunda keçiriləcək və saat 23:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin