Almeyda “Neftçi” ilə danışıqlara başladı
Riçard Almeydanın “Qarabağ”la müqavilə müddətinin başa çatmaq üzrə olduğunu və Ağdam klubu ilə razılığa gələ bilmədiyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının formasını geyinən braziliyalı yarımmüdafiəçinin meneceri artıq bəzi klublarla danışıqlara start verib.
Onların arasında “Neftçi” də var. Paytaxt klubu Almeydaya “Qarabağ”da qazandığından daha artığını təklif edib. Hazırda tərəflər danışıqları davam etdirirlər.
Almeydaya olkə xaricindən daha sərfəli təklif olmasa, “Neftçi”yə “hə” deyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin