Almanlar Braziliya klubuna “yox” dedi
“Vasko da Qama” klubu “Ayntraxt”a (Frankfurt) hücumçusu Rafael Borre üçün rəsmi təklif göndərib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Braziliya klubunun təklifini geri çevirib.
Borre başa çatan mövsümdə Bundesliqa klubunun heyətində 47 oyuna çıxıb, üç qol vurub və dörd məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin