Almanlar Avropa çempionatına darmadağınla start verdilər

Almaniyada futbol üzrə Avropa çempionatına start verilib.

Komanda.az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşıb.

Münhendəki “Alyans Arena”da baş tutan görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edib. Altı qolun vurulduğu oyunda almanlar darmadağına seviniblər.

Bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.

AÇ-2024
A qrupu

14 iyun

Almaniya – Şotlandiya 5:1
Qollar
: Virts, 10. Musiala, 19. Haverts, 45+1-pen. Füllkruq, 68. Emre Can, 90+3 – Rüdiger, 87-öz qapısına.
Qırmızı vərəqə: Porteous, 44 (Şotlandiya).
Baş hakim: Kleman Türpen (Fransa).
Münhen, “Alyans Arena”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button