Polşalı qapıçı məvacibinin bir hissəsindən imtina etdi
Almaniyanın “Yunion” klubunun futbolçusu Rafal Qikeviç koronavirus pandemiyası səbəbindən Bundesliqanın dayanması və klubunun maliyyə cəhətdən zərər görməməsi üçün məvacibinin bir hissəsindən imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə 32 yaşlı polşalı qapıçı özü açıqlama verib:
“Bunun lazımlı olduğunu bilirəm. Klubumuzun bu çətin vaxtda sağlam qalması lazımdır. Birlikdə həyatda qalacağıq”.
Rafal Qikeviç bu mövsüm “Yunion” formasıyla 25 oyunda iştirak edib. Koronavirus pandemiyasına görə Bundesliqanın oyunları təxirə salınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin