Məvaciblərindən imtina etdilər
Almaniyanın “Yunion” klubunun futbolçuları koronavirus pandemiyasına görə məvaciblərindən imtina ediblər.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin kapitanı Kristofer Trimmel məlumat yayıb. O, klubun maliyyə itkilərini minimuma endirmək üçün belə bir addım atdıqlarını deyib.
Almaniya Bundesliqası koronavirus pandemiyasına görə dayandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin