Kxedira Almaniyada klubunu dəyişdi
Almaniyanın “Yunion” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Berlin təmsilçisi “Auqsburq”dan Rani Kxedira ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb. Kxedira yeni mövsümdə “Yunion”a qoşulacaq.
Rani Kxedira Almaniya milli komandasının sabiq futbolçusu Sami Kxediranın qardaşıdır. Sami hazırda Bundesliqa təmsilçisi “Herta”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin