Bundesliqa klubu baş məşqçiylə müqaviləni yenilədi
Almaniyanın “Yunion” klubu baş məşqçisi Urs Fişerin müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, isveçrəli mütəxəssislə imzalanan müqavilənin detalları açılanmayıb.
Fişer 2018-ci ilin yayından “Yunion”u çalışdırır. Berlin klubu hazırda Bundesliqada 6-cı sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin